Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci 36 %-dək artırıb
ASK
- 07 yanvar, 2023
- 07:25
2022-ci ildə Azərbaycan Türkiyədən 156,925 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 35,6 % çoxdur.
Təkcə ötən ilin dekabr ayında Türkiyə Azərbaycana 13,841 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da, illik müqayisədə 28,5 % çoxdur.
Ötən il Türkiyənin ümumi taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının dəyəri illik müqayisədə 25,4 % artaraq 11,474 milyard ABŞ dollarına, dekabr ayında isə 18,5 % artaraq 1,125 milyard ABŞ dollarına çatıb.
Son xəbərlər
09:01
Azərbaycan XİN Qazaxıstanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət08:54
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (16.12.2025)
Maliyyə08:52
Avstraliya polisinin hücumçuların terrorçularla əlaqəli olmalarına dair heç bir dəlili yoxdur
Digər ölkələr08:41
Tovuzda erkən nikahın qarşısı alınıb
Hadisə08:30
Kamboca ilə münaqişədə 17 Tailand hərbçisi həlak olub
Digər ölkələr08:25
Bakıda 15 istiqamətdə tıxac var
İnfrastruktur08:05
Bu gün Biləsuvarın kəndində üç saat işıq olmayacaq
Energetika07:47
ABŞ narkotik daşıyan uç kateri vurub, səkkiz nəfər ölüb
Digər ölkələr07:20