Azərbaycan Türkiyədən taxıl və paxla məhsullarının idxalına çəkdiyi xərci 16 % artırıb

ASK
  • 13 avqust, 2022
  • 11:02
Azərbaycan Türkiyədən taxıl və paxla məhsullarının idxalına çəkdiyi xərci 16 % artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 80,45 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % çoxdur.

Təkcə bu ilin iyul ayında isə Türkiyə Azərbaycana 8,032 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da, illik müqayisədə 18,9 % azdır.

Bu ilin ilk 7 ayında Türkiyənin ümumi taxıl, paxlalılar, yağlı toxumların və onun məhsullarının ixracının dəyəri illik müqayisədə 31,4 % artaraq 6,286 milyard ABŞ dollarına, iyul ayında isə bu məhsul ixracının dəyəri 31,6 % artaraq 0,845 milyard ABŞ dollarına çatıb.