Azərbaycan Türkiyədən quru meyvə idxalını 55 %-ə yaxın artırıb

ASK
  • 05 fevral, 2024
  • 06:54
Azərbaycan Türkiyədən quru meyvə idxalını 55 %-ə yaxın artırıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 699 min ABŞ dolları dəyərində quru meyvə və məhsulları idxal edib.

“Report” bu barədə Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrünə nisbətən 54,7 % çoxdur. Türkiyənin Azərbaycana quru meyvə və məhsulları ixracı ümumi ixracının 0,5 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi quru meyvə və məhsulları ixracının dəyəri illik müqayisədə 26,2 % artaraq 0,161 milyard ABŞ dollarına çatıb. Ötən ay Türkiyədən ən çox quru meyvə və məhsulları idxalını Almaniya (20 milyon ABŞ dolları; illik müqayisədə 23,2 % çox), ABŞ (16 milyon ABŞ dolları; illik müqayisədə 58,2 % çox) və Böyük Britaniya (13 milyon ABŞ dolları; illik müqayisədə 34,8 % çox) həyata keçirib.