Azərbaycan Türkiyədən quru meyvə idxalına çəkdiyi xərci 16 %-dən çox artırıb

ASK
  • 08 iyun, 2024
  • 13:06
Azərbaycan Türkiyədən quru meyvə idxalına çəkdiyi xərci 16 %-dən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 2,656 milyon ABŞ dolları dəyərində quru meyvə və məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,3 % çoxdur.

Təkcə mayda Türkiyə Azərbaycana 0,376 milyon ABŞ dollarlıq quru meyvə və məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 9,6 % azdır.

Hesabat dövründə Türkiyənin quru meyvə və məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 21,2 % artaraq 742 milyon ABŞ dollarına, mayda isə 14,8 % artaraq 137 milyon ABŞ dollarına çatıb.