Azərbaycan Türkiyədən meyvə və tərəvəz idxalını 30 %-dən çox artırıb

ASK
  • 05 fevral, 2024
  • 09:40
Azərbaycan Türkiyədən meyvə və tərəvəz idxalını 30 %-dən çox artırıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 1,58 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.

“Report” bu barədə Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrünə nisbətən 30,4 % çoxdur. Türkiyənin Azərbaycana meyvə və tərəvəz məhsulları ixracı ümumi ixracının 1,1 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi meyvə və tərəvəz məhsulları ixracının dəyəri illik müqayisədə 36,6 % artaraq 233 milyon ABŞ dollarına çatıb. Ötən ay Türkiyədən ən çox meyvə və tərəvəz məhsulları idxalını Almaniya (34,5 milyon ABŞ dolları; illik müqayisədə 47,9 % çox), ABŞ (34,4 milyon ABŞ dolları; illik müqayisədə 45,3 % çox) və Böyük Britaniya (14 milyon ABŞ dolları; illik müqayisədə 38,2 % çox) həyata keçirib.

44 - Tezliklə