Azərbaycan toxuma olan tələbatını necə ödəyir?

Azərbaycan toxuma olan tələbatını necə ödəyir? Azərbaycan hökuməti qeyri-neft sektorunu, o cümlədən kənd təsərrüfatını inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Bu məqsədə çatmaq üçün ölkədə kifayət qədər toxum istehsal edilməsi, toxuma olan tələbatın daxili imkanlar hesabına ödənilməsi olduqca vacibd
ASK
10 May , 2022 15:45
Azərbaycan toxuma olan tələbatını necə ödəyir?

Azərbaycan hökuməti qeyri-neft sektorunu, o cümlədən kənd təsərrüfatını inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Bu məqsədə çatmaq üçün ölkədə kifayət qədər toxum istehsal edilməsi, toxuma olan tələbatın daxili imkanlar hesabına ödənilməsi olduqca vacibdir. Bəs Azərbaycan buna nə dərəcədə nail olub? "Report" məsələ ilə bağlı araşdırma aparıb.

Statistika deyir ki, ...

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanın buğda toxumuna tələbatı 114,5 min ton olub. Bunun isə 77 min tonu yerli istehsal, 6,5 min tonu isə idxal hesabına ödənilib. Son nəticədə təxminən 31 min toxuma əlavə ehtiyac yaranıb.

Arpa toxumu çatışmazlığı isə daha böyük olub. Ötən il bu toxuma tələbat 67,3 min ton təşkil edib ki, bunun da 24,7 min tonu yerli istehsal, 1,6 min tonu isə idxal hesabına təmin edilib. Son nəticədə 41 min ton toxuma əlavə ehtiyac yaranıb.

İl ərzində ölkənin kartof toxumuna tələbatı isə 168,3 min ton təşkil edib. Bunun cüzi hissəsi yerli istehsal, 32,1 min tonu idxal hesabına ödənilib. Son nəticədə 136,2 min ton toxuma əlavə ehtiyac yaranıb.

"Müasir toxumçuluq müəssisələrimiz azdır"

Naxçıvan MR-nın keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov deyir ki, Azərbaycanda toxum istehsalı ilə məşğul olan 100-dən çox müəssisə var, lakin onların arasında müasir texnologiyalardan istifadə edənlər azdır. "Son nəticədə hər il istehsal etdiyimiz 2 milyon tona yaxın buğdanın cəmi 25%-i ərzaqlıq buğda, qalan hissəsi isə yemlik buğdadır. Bu isə yaxşı hal deyil".

Onun sözlərinə görə, toxum istehsalını elmi əsaslarla, yeni və innovativ yanaşmalarla artırmaq lazımdır: "Ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsulları ilə dayanıqlı təminat üçün elmi əsaslı toxumçuluq vacibdir. Bu sahədə xüsusi maddi-texniki bazası, kifayət qədər kadr potensialı, zəngin təcrübəsi olan şirkətlər diqqət mərkəzində saxlanılmalı, toxumçuluğun inkişafı istiqamətində koordinasiya mərkəzi qurulmalıdır. Monitorinqlərin aparılması, potensial imkanların müəyyənləşdirilməsi, toxumçuluq üzrə klaster mərkəzlərinin yaradılması hesabına biz ölkənin toxuma olan tələbatını tam ödəyə bilərik”.

"Toxuma tələbatı ödəməyə çalışırıq"

"Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyinin sədri Mədinə Əliyeva isə deyir ki, qurumun üzvü olan müəssisələr toxuma təlabatı tam yerli istehsal hesabına ödəməyə çalışır: "Biz xarici ölkələrdən aslılığımızı azatmağa çalışırıq. Yerli toxumçuluğun inkişafına önəm veririk. Bacardığımız qədər yerli istehsal olan toxumlardan istifadə edirik. Əvvəlki illərdə xarici toxumların elit və super elit sortları gətirilib. Lakin onlar artıq rayonlaşdırılıb və bizə uyğunlaşdırılıb, sonra həmin toxumlar əkilib. Hazırda həm Kənd Təsərrüfatı Nazirliyi, həmçinin naziriliyin tərkibində fəaliyyət göstərən Əkinçilik-Elmi Tədqiqat İnstitutu, həm Aqrar Xidmətlər Agentliyi bazarda əsas yerli toxumçuluğun inkişafı istiqamətində iş aparır".

Onun sözlərinə görə, xaricidən toxum sortları gətirilir, iki il müddətində sınaq aparılır, rayonlaşdırılır, hansı uyğundursa ondan istifadə edilir: “ Əksər rayonlarda təcrübə sınaq məntəqələrimiz var, toxumlar həm rayonlaşdırılır, həm də onların üzərində təcrübə-sınaq işləri aparılır. Ötən il ölkədə fermerlərin toxuma olan təlabatını daha əlçatan etmək üçün toxum sərgi-toxum yarmarkası keçirilib”.

Son xəbərlər

Orphus sistemi