Yuxarı

Azərbaycan tərəvəz toxumlarına tələbatın 80%-ni idxal hesabına ödəyir

Ölkəyə gətirilən tərəvəz toxumlarının 40%-i saxta və istifadəyə yararsızdır

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycanda tərəvəz toxumlarına olan tələbatın 80%-i xaricdən ölkəyə gətirilən toxumlar hesabına ödənilir. "Report" xəbər verir ki, bunu "Kənd yerlərinin inkişafı layihəsi"nin meneceri Ramilə Aslanova bildirib.

"Toxumların xaricdən gətirilməsinin nəticəsidir ki, bazara daxil olan tərəvəz toxumlarının 40%-i saxta və istifadəyə yararsız olur", - deyə R.Aslanova qeyd edib.

R.Aslanova həmçinin, vurğulayıb ki, Azərbaycanda bitkiçilik üzrə özəl toxumçuluq dövlət toxumçuluğundan qat-qat yüksəkdədir. Belə ki, özəl sektorda buğda üzrə 90%, arpa - 60%, qarğıdalı - 7%, düyü - 15%, noxud - 90%, tərəvəz - 16%, yemiş və qarpız - 10%, kartof - 1,5%, pambıq - 5% dövlət toxumçuluğundan yüksəkdir.

"Hazırda Azərbaycan bitkiçilik üzrə 1 hektara düşən məhsuldarlıq göstəricisinə görə Avropadan da geri qalır. Avropa ilə müqayisədə pomidor üzrə 45-60 ton, kartofda 37-40 ton, xiyarda 20-25 ton, kələmdə 55 ton, örtülü sahədə pomidor istehsalında 150-200 ton, örtülü sahədə xiyar istehsalında 120-130 ton geridə qalırıq", - layihə meneceri qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi