Azərbaycan Tacikistandan qurudulmuş alma idxal etməyə başlayıb

ASK
  • 10 fevral, 2024
  • 12:10
Azərbaycan Tacikistandan qurudulmuş alma idxal etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 46,1 min ABŞ dolları dəyərində 13,26 ton qurudulmuş alma idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 18 % azdır.

Azərbaycan Çindən 23,78 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % azdır) 4,7 ton (-41 %), Türkiyədən 14,3 min ABŞ dolları dəyərində (+11 %) 6 ton (+1,7 %) , İrandan 6,26 min ABŞ dolları dəyərində (-18 %) 1,54 ton (-32 %), Tacikistandan 1,5 min ABŞ dolları dəyərində 1 ton və Almaniyadan 0,23 min ABŞ dolları dəyərində (-4,5%) 0,01 ton (dəyişməyib) məhsul alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tacikistandan tədarük həyata keçirilib.

44 filmi