Yuxarı

Azərbaycan suvarma sistemlərini təkmilləşdirəcək

Bununla bağlı  Kənd Təsərrüfatı Nazirliyində xüsusi təkliflər hazırlanır

Bakı. 6 iyun. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi ölkədə suvarma sistemlərinin təkmilləşdirilməsinə dair xüsusi təkliflər hazırlayır. 

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. 

Nazir bildirib ki, hazırda müvafiq qurumların iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyi təkliflər layihəsi üzərində işləyir. 

"Deyə bilərəm ki, suvarma avadanlıqlarının alınması və quraşdırılmasında radikal addımların atılması planlaşdırılır", - deyə H.Əsədov bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi