Azərbaycan süd idxalını 14,2 % azaldıb

Azərbaycan süd idxalını 14,2 % azaldıb Bu ilin yanvar-avqust aylarında Azərbaycana 5 min 887 ton süd idxal edilib.
ASK
16 Sentyabr , 2021 10:45
 Azərbaycan süd idxalını 14,2 % azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 5 min 887 ton süd idxal edilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə südün dəyəri 8,292 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 976 ton (14,2 %) və 3,303 milyon ABŞ dollar (28,4 %) azdır.

Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0,11 %-ini təşkil edib.

Son xəbərlər

Orphus sistemi