Azərbaycan Stavropoldan taxıl məhsullarının idxalını 24 % azaldıb

ASK
  • 18 yanvar, 2023
  • 10:03
Azərbaycan Stavropoldan taxıl məhsullarının idxalını 24 % azaldıb

2022-ci ildə Rusiyanın Stavropol vilayətindən Azərbaycana 375 min ton taxıl məhsulları (qarğıdalı, buğda, noxud, arpa, yulaf, darı) ixrac edilib.

“Report” Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, Azərbaycanın Rusiya bölgəsindən idxalı 24 % azalıb.

"Rosselxoznadzor"un məlumatına görə, ötən il regiondan ümumilikdə 568,5 min ton taxıl məhsulları ixrac edilib.

Hesabat dövründə Stavropoldan Belarusa 77,6 min ton kolza, xardal, soya, günəbaxan və kətan, Özbəkistana 1 056 ton, Qazaxıstana isə 2 538 ton noxud və buğda, İrana 4,7 min ton noxud, kətan, qarğıdalı, arpa, mərcimək və darı (il ərzində 96 % artıb), Əfqanıstana 3,5 min ton yaşıl noxud, mərci, kətan və noxud (illik müqayisədə 76 % çox), İraqa 3,2 min ton yulaf, buğda və arpa (79 % çox), Türkiyəyə isə 104 ton noxud, buğda və qarğıdalı tədarük edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti