Azərbaycan Səudiyyə Ərəbistanından xurma alışını 10 dəfə artırıb
- 08 iyun, 2023
- 13:28
Bu ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 5,56 milyon ABŞ dolları dəyərində 4 min ton xurma (təzə və ya qurudulmuş) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 32 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 3,54 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % çoxdur) 3 min 181 ton (+33,4 %), Tunisdən 1,1 milyon ABŞ dolları dəyərində (+57 %) 623,13 ton (+63 %), İsraildən 378 min ABŞ dolları dəyərində (+15 %) 51,44 ton (+8,5 %), Səudiyyə Ərəbistanından 240 min ABŞ dolları dəyərində (+10,4 dəfə) 37 ton (+10,6 dəfə), Əlcəzairdən 165 min ABŞ dolları dəyərində (-52 %) 91,4 ton (-50 %) məhsul gətirib.
2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilən 7,4 min ton xurmanın 78,2 %-i İranın, 11,5 %-i Tunisin, 7 %-i Əlcəzairin payına düşüb.