Azərbaycan Səudiyyə Ərəbistanından şəkər idxalını bərpa edib
- 24 may, 2024
- 07:21
Bu ilin yanvar-mart aylarında Azərbaycan 14 milyon ABŞ dolları dəyərində 21 min 721 ton şəkər idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9,5 dəfə, kəmiyyət olaraq – 10 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 13,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10,3 dəfə çoxdur) 21 min 436 ton (+10,6 dəfə), Belarusdan 200 min ABŞ dolları dəyərində (+83 %) 271 ton (+2 dəfə), Türkiyədən 16,31 min ABŞ dolları dəyərində (+8 dəfə) 5,3 ton (+6 dəfə), Çindən 8,52 min ABŞ dolları dəyərində (+17,3 %) 0,87 ton (-24 %), Almaniyadan 6,42 min ABŞ dolları dəyərində (+47 %) 1,1 ton (-23 %) şəkər alıb.
Azərbaycan 1 il 7 aylıq fasilənin ardından Səudiyyə Ərəbistanından (0,11 min ABŞ dolları dəyərində 0,01 ton) şəkər tədarükünü bərpa edib.
2023-cü ildə Azərbaycana 24 ölkədən idxal edilmiş 29 min 349 ton şəkərin 98,2 %-i Rusiyanın payına düşüb.