Azərbaycan Səudiyyə Ərəbistanına sarımsaq ixrac etməyə başlayıb

ASK
  • 29 fevral, 2024
  • 07:47
Azərbaycan Səudiyyə Ərəbistanına sarımsaq ixrac etməyə başlayıb

Ötən il Azərbaycan 251 min ABŞ dolları dəyərində 206 ton sarımsaq ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 42 % çoxdur, kəmiyyət olaraq – 10 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 244,91 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % çoxdur) 204,5 ton (-10 %), Səudiyyə Ərəbistanına 5,91 min ABŞ dolları dəyərində 1 ton, Birləşmiş Ərəb Əmirliklərinə 0,03 min ABŞ dolları dəyərində 0,03 ton (bir il əvvəl tədarük olmayıb) və Qətərə 0,02 min ABŞ dolları dəyərində (-80 %) 0,02 ton (-50 %) məhsul tədarük edib.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanına tədarük həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti