Azərbaycan Səudiyyə Ərəbistanına çiyələk ixrac etməyə başlayıb
- 27 iyul, 2023
- 10:34
Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 8,3 milyon ABŞ dolları dəyərində 1 min 933 ton çiyələk və bağ çiyələyi (təzə) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 7,72 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 5 min 736 ton (+3,1 dəfə), Qazaxıstana 518,61 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 408,8 ton (+2,6 dəfə), Belarusa 60,69 min ABŞ dolları dəyərində 25,5 ton (bir il əvvəl tədarük olmayıb) və Səudiyyə Ərəbistanına 0,72 min ABŞ dolları dəyərində 0,12 ton məhsul satıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanına tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana (3 ölkədən) idxal edilən 10,1 min ton çiyələyin 97,1 %-i Rusiyanın payına düşüb.