Azərbaycan sentyabrda pambıq mahlıcı ixracından qazancını 3 dəfə artırıb
- 31 oktyabr, 2023
- 10:54
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrə 88,5 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilir.
İcmala əsasən, bu, 2022-ci ilin 9 ayı ilə müqayisədə 58,6 milyon ABŞ dolları və ya 39,8 % azdır.
Bu ilin sentyabr ayında Azərbaycan 10,6 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib. Bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 6,9 milyon ABŞ dolları və ya 3,1 dəfə çoxdur.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,8 % artaraq 2 milyard ABŞ dolları təşkil edib.