Azərbaycan şəkər ixracından gəlirini 30 % artırıb

ASK
  • 21 aprel, 2023
  • 09:02
Azərbaycan şəkər ixracından gəlirini 30 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 49,492 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23,7 % çoxdur.

Hesabat dövründə Azərbaycandan xaricə 10,19 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac olunub. Bu 1 il əvvələ nisbətən 29,7 % çoxdur.

Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,23 %-ni, ixrac isə ümumi ixracın 0,13 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin I rübündə Azərbaycan xarici ölkələrlə 11 milyard 771 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,9 % azdır. Ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3 % azalıb, idxal isə 37,7 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti