Azərbaycan şəkər idxalına çəkdiyi xərci təxminən 6 % artırıb

ASK
  • 20 iyul, 2024
  • 07:44
Azərbaycan şəkər idxalına çəkdiyi xərci təxminən 6 % artırıb

Azərbaycan bu ilin yanvar-iyun aylarında 109,277 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 14,105 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 8,9 % azdır.

Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,23 %-ni, ixrac isə ümumi ixracın 0,11 %-ni təşkil edib.

Xatırladaq ki, 6 ayda Azərbaycan xarici ölkələrlə 21 milyard 768,18 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,8 % azdır.

Xarici ticarət dövriyyəsinin 12 milyard 901 milyon ABŞ dolları ixracın, 8 milyard 867,2 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,2 % azalıb, idxal isə 8,2 % artıb.

Son nəticədə xarici ticarətdə 4 milyard 33,8 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,4 dəfə azdır.