Azərbaycan Rusiyaya toyuq əti tədarük etməyə başlayıb
- 25 iyun, 2024
- 08:42
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 17,7 milyon ABŞ dolları dəyərində 10 min 181 ton toyuq əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 4 % çoxdur.
Azərbaycana Ukraynadan 7,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28,4 % çoxdur) 4 min 633 ton (+18 %), Rusiyadan 6,2 milyon ABŞ dolları dəyərində (+9 %) 3 min 218 ton (-18 %), Gürcüstandan 2,7 milyon ABŞ dolları dəyərində (+95 %) 1 min 378 ton (+94 %), Belarusdan 1,3 milyon ABŞ dolları dəyərində (+30 %) 866 ton (+25 %), Özbəkistandan 241 min ABŞ dolları dəyərində 80,3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.
Hesabat dövründə Azərbaycan 392,91 min ABŞ dollar dəyərində (-71 %) 300 ton (-71 %) toyuq əti ixrac edib.
Azərbaycan Belarusa 352,91 min ABŞ dolları dəyərində (-74 %) 280 ton (-73 %) və Rusiyaya 39,6 min ABŞ dolları dəyərində ton 20 ton toyuq əti satıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rusiyaya tədarük həyata keçirilib.