Azərbaycan Rusiyanın Oryol və Kursk vilayətlərindən aqrar məhsullar idxal edib

Azərbaycan Rusiyanın Oryol və Kursk vilayətlərindən aqrar məhsullar idxal edib Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Oryol və Kursk vilayətləri üzrə idarəsi, bu ilin əvvəlindən ümumi çəkisi 99 min tondan çox olan 2 606 partiya malı yoxlayıb.
ASK
7 Dekabr , 2021 12:17
Azərbaycan Rusiyanın Oryol və Kursk vilayətlərindən aqrar məhsullar idxal edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Oryol və Kursk vilayətləri üzrə idarəsi, bu ilin əvvəlindən ümumi çəkisi 99 min tondan çox olan 2 606 partiya malı yoxlayıb.

"Report" "Rosselxoznadzor"a istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 76 % çoxdur.

İxrac olunan məhsulların əsas hissəsini bitki mənşəli yem əlavələri, o cümlədən ət və ət məhsulları təşkil edib. Hesabat dövründə Honq-Konq, Vyetnam, Ukrayna, Azərbaycan, Serbiya və Rumıniyaya ümumilikdə 16 250 ton ət məhsulları ixrac edilib.

Həmçinin 3 202 ton süd məhsulları, 11 min 105 ton heyvan mənşəli xammal, 2 partiya baytarlıq preparatı və 100 kq bal ixraca yönəldilib. Bu malların alıcıları Avropa İttifaqı ölkələri, Ukrayna, Honq-Konq, Çin, Tayvan, Azərbaycan, Tacikistan, Rumıniya, Slovakiya, Malayziya, Böyük Britaniya, Koreya və Avrasiya İqtisadi Birliyi ölkələri olub.

Son xəbərlər

Orphus sistemi