Azərbaycan Rusiyadan taxıl idxalını azaldıb

Azərbaycan Rusiyadan taxıl idxalını azaldıb Qonşu ölkədən ixracın həcmi 3,6%-ə düşüb
ASK
29 İyul , 2016 11:58
Azərbaycan Rusiyadan taxıl idxalını azaldıb

Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycan Rusiyadan idxal etdiyi taxılın həcmini xeyli azaldıb. "Report"un "İnterfax"a istinadən verdiyi məlumata görə, Azərbaycana 2015/2016 kənd təsərrüfatı ilində Rusiyadan idxal edilən taxılın həcmi 5,7%-dən 3,6%-ə düşüb. Beləliklə, Azərbaycanın Rusiyadan aldığı taxılın miqdarı 1,72 mln. tondan 1,21 mln. tonadək azalıb.

Bu dövrdə Rusiyanın Səudiyyə Ərəbistanına da taxıl ixracında cüzi azalma müşahidə edilib. Ərəb ölkəsinin Rusiyadan aldığı 2, 65 mln. ton taxılın miqdarı 2,4 mln. tona düşüb. Bu ölkənin Rusiyanın ümumi taxıl ixracında payı 8,8%-dən 7%-dək azalıb.

Türkiyə də Rusiyadan aldığı taxılın miqdarını 27% - 4,34 mln. tona kimi azaldıb. Türkiyənin payı 19,7%-dən 12,7%-ə düşüb. Rusiya taxılının əsas alıcılarından hesab edilən İran da idxalı 23% azaldıb. Rusiyadan İrana ixrac edilən taxılın miqdarı 2,88 mln. tondan 2,22 mln. tona, Rusiyanın ümumi taxıl ixracında payı isə 9,6%-dən 6,5%-ə qədər azalıb.

Qeyd edək ki, 2016-cı ildə Rusiyanın 106 mln. ton taxıl istehsal edəcəyi və bunun 30 mln. tonunun ixraca yönəldiləcəyi gözlənilir. Əlverişli şəraitdə isə bu rəqəmlərin müvafiq olaraq 110 mln. ton və 34-35 mln. ton olacağı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi