Azərbaycan Rusiyadan aqrar texnikanın idxalına çəkdiyi xərci kəskin artırıb

ASK
  • 01 noyabr, 2021
  • 13:46
Azərbaycan Rusiyadan aqrar texnikanın idxalına çəkdiyi xərci kəskin artırıb

Bu ilin yanvar-sentyabr aylarında Rusiya 16,3 milyard rubl (230 milyon ABŞ dolları) dəyərində kənd təsərrüfatı texnikası ixrac edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur.

Rusiyanın aqrar texnikasının əsas alıcıları Avropa İttifaqı və MDB ölkələri, o cümlədən Azərbaycan olub. Son 1 ildə Azərbaycan Rusiyadan aqrar texnika idxalına çəkdiyi xərci 2,7 dəfə artırıb.