Yuxarı

​Azərbaycan Rusiyadan 1,6 mln. ton taxıl alıb

Rusaqrotrans: Azərbaycan MDB ölkələri arasında Rusiya taxılının əsas istehlakçılarından biridir

Bakı. 26 iyun. REPORT.AZ/ Azərbaycan 2014/15-ci il mövsümündə Rusiyadan 1,6 mln. ton taxıl (buğda, arpa və qarğıldalı) alıb. Nəticədə, bu mövsüm 2013/14-cü illərlə müqayisədə taxıl idxalı 2,1 dəfə artıb. Tədarükün artmasının səbəbi rəqabətə davamlı olmayan yüksək qiymətlər formalaşan zaman məhsulun azalması və taxılın keyfiyyətinin aşağı düşməsi müşahidə olunan Qazaxıstanın ixracının azalması olub.

"Report" xəbər verir ki, bu barədə "Rusaqrotrans" şirkətinin Strateji marketinq Departamentinin direktor müavini İqor Pavenski bildirib. 

"Azərbaycan MDB ölkələri arasında Rusiya taxılının əsas istehlakçılarından biridir. Ümumilikdə, MDB ölkələrinin Rusiyanın taxıl ixracında payı sabit yüksək, 9% qalır", - deyə şirkət rəsmisi bildirib.

Həmçinin yekunlaşmaqda olan mövsümdə Rusiya Gürcüstana da xeyli həcmdə taxıl ixrac edib. Gürcüstanın da idxalı artırmasına Qazaxıstan amili səbəb olub. Belə ki, qeyd olunan dövrdə Gürcüstan 629 min ton taxıl (2013/14-cü illərdə 567 min ton) alıb. 

Üçüncü iri istehlakçı isə Ermənistandır. Bu mövsum Ermənistan 2014/15-ci illərdə taxıl idxalını azaldıb. Belə ki, bu göstərici 2013/14-cü illərdəki 207 min tondan 2014/15-ci illərdə 161 min tona düşüb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi