Azərbaycan Rusiya və Ukraynadan mal əti alışını kəskin artırıb

ASK
  • 29 sentyabr, 2023
  • 10:12
Azərbaycan Rusiya və Ukraynadan mal əti alışını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 15,7 milyon ABŞ dolları dəyərində 3 min 805 ton iribuynuzlu heyvan əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 2,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynadan 9,76 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,2 dəfə çoxdur) 2 min 90 ton (+4,3 dəfə), Belarusdan 2,4 milyon ABŞ dolları dəyərində (+10 %) 561 ton (+3 %), Hindistandan 2,2 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 830 ton (+3,8 dəfə), Braziliyadan 529 min ABŞ dolları dəyərində (-16 %) 203 ton (+62 %), Rusiyadan 526 min ABŞ dolları dəyərində (+88 %) 86 ton (+5,4 dəfə) mal əti alıb.

2022-ci ildə Azərbaycana (21 ölkədən) idxal edilmiş 4 min 708 ton mal ətinin 49,7 %-i Ukraynanın, 19,6 %-i Hindistanın, 19,5 %-i Belarusun, 8,5 %-i Braziliyanın payına düşüb.