Azərbaycan Rumıniyadan heyvan yemləri idxal etməyə başlayıb

ASK
  • 04 mart, 2024
  • 10:37
Azərbaycan Rumıniyadan heyvan yemləri idxal etməyə başlayıb

Ötən il Azərbaycana xarici ölkələrdən 84,7 milyon ABŞ dolları dəyərində 150 min 419 ton heyvan yemi (bitki mənşəli məhsullar, kəpəklər, bitki tullantıları və qalıqları) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 12 % çoxdur.

Hesabat dövründə Azərbaycan Argentinadan 46,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % çoxdur) 70 min 900 ton (+16 %), Rusiyadan 25,4 milyon ABŞ dolları dəyərində (+67 %) 59 min 967 ton (+45 %), Braziliyadan 6,4 milyon ABŞ dolları dəyərində (-47 %) 9 min 509 ton (-51 %), Ukraynadan 5,6 milyon ABŞ dolları dəyərində (+6 %) 9 min 126 ton (+9,2 %), Gürcüstandan 157 min ABŞ dolları dəyərində (-31 %) 250 ton (-16 %) yem alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rumıniyadan (358,25 min ABŞ dolları dəyərində 529 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilən 134 min 145 ton heyvan yeminin 45,7 %-i Argentinanın, 30,3 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti