Azərbaycan Rumıniyadan günəbaxan toxumu idxalını bərpa edib
- 10 sentyabr, 2024
- 11:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 3,78 milyon ABŞ dolları dəyərində 2 min ton günəbaxan toxumu idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 % çoxdur, kəmiyyət olaraq – 12 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 1,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1,2 % azdır) 816 ton (-5 %), Türkiyədən 875 min ABŞ dolları dəyərində (-31 %) 381 ton (-43 %), Qırğızıstandan 537 min ABŞ dolları dəyərində 252 ton (bir il əvvəl tədarük olmayıb), Rusiyadan 312 min ABŞ dolları dəyərində (-40 %) 385 ton (-47 %), Qazaxıstandan 150,4 min ABŞ dolları dəyərində 76 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Azərbaycan 12 il 5 aylıq fasilənin ardından Rumıniyadan (0,2 min ABŞ dolları dəyərində 0,02 ton) günəbaxan toxumunun tədarükünü bərpa edib.
2023-cü ildə Azərbaycana 14 ölkədən idxal edilmiş 5 min 301 ton günəbaxan toxumunun 33,3 %-i Çinin, 32,3 %-i Rusiyanın, 25 %-i Türkiyənin payına düşüb.