Azərbaycan Qırğızıstandan təbii bal alışını bərpa edib
- 01 aprel, 2022
- 12:39
2022-ci ilin ilk ayında Azərbaycan 32,7 min ABŞ dolları dəyərində 7,79 ton təbii bal idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 0,8 % coxdur, kəmiyyət olaraq – 17,5 % azdır.
Hesabat dövründə İrandan 10,8 min ABŞ dolları dəyərində 3,6 ton, Türkiyədən 10,6 min ABŞ dolları dəyərində 2,35 ton, İspaniyadan 4,36 min ABŞ dolları dəyərində 0,62 ton, Qırğızıstandan 3,09 min ABŞ dolları dəyərində 0,55 ton, Rusiyadan 2,87 min ABŞ dolları dəyərində 0,57 ton və Almaniyadan 0,99 min ABŞ dolları dəyərində 0,1 ton məhsul alınıb.
2021-ci ilin yanvarı ilə müqayisədə İrandan idxal müvafiq olaraq 37,7 % və 45,9 % azalıb, Rusiyadan – 75,6 % və 75,7 % azalıb, Almaniyadan – 70,5 % və 77,8 % azalıb. Ötən ilin ilk ayında Türkiyə və İspaniyadan bal alınmayıb. Bir il 3 aylıq fasilənin ardından Qırğızıstandan tədarük bərpa edilib.