Azərbaycan Qırğızıstandan günəbaxan toxumunun idxalını bərpa edib

ASK
  • 30 yanvar, 2024
  • 10:01
Azərbaycan Qırğızıstandan günəbaxan toxumunun idxalını bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 7,2 milyon ABŞ dolları dəyərində 4 min 546 ton günəbaxan toxumu idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 37 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 3,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 0,6 % çoxdur) 1 min 520 ton (-8 %), Türkiyədən 2,3 milyon ABŞ dolları dəyərində (+15 %) 1 min 147 ton (-0,5 %), Rusiyadan 1,2 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 1 min 533 ton (+4 dəfə), Qazaxıstandan 477,3 min ABŞ dolları dəyərində 234 ton (bir il əvvəl tədarük olmayıb), Misirdən 63 min ABŞ dolları dəyərində 42 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Qırğızıstandan (53,4 min ABŞ dolları dəyərində 22 ton) tədarükü bərpa edib.

44 - Tezliklə