Azərbaycan Qətərə şaftalı ixracını bərpa edib

ASK
  • 07 oktyabr, 2024
  • 08:43
Azərbaycan Qətərə şaftalı ixracını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 38,3 milyon ABŞ dolları dəyərində 30 min 829 ton şaftalı (nektarin daxil olmaqla) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 39 %, kəmiyyət olaraq – 26 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 37,81 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 39 % çoxdur) 30 min 416 ton (+27 %), Qətərə 172,59 min ABŞ dolları dəyərində 109,7 ton, Birləşmiş Ərəb Əmirliklərinə 133,21 min ABŞ dolları dəyərində (+13 dəfə) 97,31 ton (+6 dəfə), Qazaxıstana 99,55 min ABŞ dolları dəyərində (-29 %) 167,37 ton (-6 %) və Belarusa 45,69 min ABŞ dolları dəyərində (-25 %) 38 ton (-17 %) məhsul satıb.

Azərbaycan 4 il 5 aylıq fasilənin ardından Qətərə şaftalı tədarükünü bərpa edib.