Azərbaycan qənnadı məmulatlarının idxal-ixracını iki dəfədən çox artırıb

Azərbaycan qənnadı məmulatlarının idxal-ixracını iki dəfədən çox artırıb Bu ilin yanvar-fevral aylarında Azərbaycan şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının idxal-ixracını kəskin artırıb
ASK
23 Mart , 2021 16:46
Azərbaycan qənnadı məmulatlarının idxal-ixracını iki dəfədən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının idxal-ixracını kəskin artırıb.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 21,1 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 1,31 %-ini təşkil edib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artaraq 4,9 milyon ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi