Azərbaycan Qazaxıstandan soğan alışını 27 dəfə artırıb

ASK
  • 22 may, 2025
  • 14:07
Azərbaycan Qazaxıstandan soğan alışını 27 dəfə artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 1,86 milyon ABŞ dolları dəyərində 4 628 ton soğan idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 82 %, kəmiyyət olaraq – 81 % çoxdur.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 719 min ABŞ dolları dəyərində 1 796 ton (bir il əvvəl tədarük olmayıb), Qazaxıstandan 676 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 27 dəfə çox) 1 691 ton (+27 dəfə), Rusiyadan 397 min ABŞ dolları dəyərində (-58 %) 993 ton (-58 %), İrandan 45,53 min ABŞ dolları dəyərində 101,41 ton (bir il əvvəl tədarük olmayıb), Niderlanddan 13,12 min ABŞ dolları dəyərində (-1,4 %) 23,75 ton (+20 %) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 8 828 ton soğanın 94,2 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti