Azərbaycan Qazaxıstandan qarğıdalı idxalını bərpa edib
- 28 fevral, 2024
- 13:10
2023-cü ildə Azərbaycan 20,8 milyon ABŞ dolları dəyərində 73 min ton qarğıdalı (o cümlədən toxumluq) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 4 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 14,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % azdır) 71 min 702 ton (-3 %), Türkiyədən 3,2 milyon ABŞ dolları dəyərində (+70 %) 777 ton (-21 %), Serbiyadan 1,25 milyon ABŞ dolları dəyərində (+49 %) 235 ton (+37 %), Rumıniyadan 428,2 min ABŞ dolları dəyərində (-38 %) 86,4 ton (-30 %), Fransadan 372,3 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 59,1 ton (+64 %) məhsul alıb.
Azərbaycan 2 il 7 aylıq fasilənin ardından Qazaxıstandan (10 min ABŞ dolları dəyərində 1,77 ton) tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilmiş 75 min 864 ton qarğıdalının 97,8 %-i Rusiyanın payına düşüb.