Azərbaycan Qazaxıstandan heyvan yemlərinin alışını bərpa edib

ASK
  • 15 aprel, 2024
  • 08:42
Azərbaycan Qazaxıstandan heyvan yemlərinin alışını bərpa edib

Bu ilin yanvar ayında Azərbaycan 12,43 milyon ABŞ dolları dəyərində 20 min 849 ton heyvan yemi (bitki mənşəli məhsullar, kəpəklər, bitki tullantıları və qalıqları) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,4 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Argentinadan 9,17 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 dəfə çoxdur) 14 min 241 ton (+23 dəfə), Rusiyadan 3 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 6 min 147 ton (+7 %), Qazaxıstandan 144,32 min ABŞ dolları dəyərində 442 ton, Şri-Lankadan 28,91 min ABŞ dolları dəyərində 19,43 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 0,44 min ABŞ dolları dəyərində 0,11 ton (bir il əvvəl tədarük olmayıb) yem alıb.

Azərbaycan 1 il 7 aylıq fasilənin ardından Qazaxıstandan tədarükü bərpa edib.