Azərbaycan Qazaxıstandan bərk buğda tədarükünü bərpa edib

ASK
  • 06 yanvar, 2022
  • 07:40
Azərbaycan Qazaxıstandan bərk buğda tədarükünü bərpa edib

Ötən ilin ilk 10 ayı ərzində Azərbaycan xaricdən 246,25 milyon ABŞ dolları dəyərində 890 min 233,2 ton buğda tədarük edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayidə idxal dəyər ifadəsində 1,15 % artıb, kəmiyyət olaraq – 22,02 % azalıb.

Rusiyadan 240,66 milyon ABŞ dolları dəyərində 868 min 971,75 ton, Qazaxıstandan 5,41 milyon ABŞ dolları dəyərində 20 min 980 ton buğda alınıb.

2020-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə Rusiyadan tədarük dəyər ifadəsində 0,4 %, kəmiyyət olaraq – 23,36 % azalıb, Qazaxıstandan – müvafiq olaraq 3,2 dəfə və 2,8 dəfə artıb. Hesabat dövründə Azərbaycan buğdanı həm də Fransa, İtaliya və Türkiyədən alıb. Bir il 8 aylıq fasilədən sonra Qazaxıstandan bərk buğda tədarükü bərpa edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti