Azərbaycan Qazaxıstana alma ixracını kəskin artırıb
- 25 iyun, 2023
- 13:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 17,8 milyon ABŞ dolları dəyərində 27 min 521 ton alma göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 55,4 %, kəmiyyət olaraq – 60 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 16,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 53,2 % çoxdur) 25 min 732 ton (+55,3 %), Qazaxıstana 401,2 min ABŞ dolları dəyərində (+5,1 dəfə) 1 min 149 ton (+5 dəfə), Özbəkistana 159 min ABŞ dolları dəyərində 205 ton (bir il əvvəl tədarük olmayıb), Belarusa 122 min ABŞ dolları dəyərində (-55 %) 132 ton (-50 %), İrana 93 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 153 ton (+44,3 %) məhsul satıb.
2022-ci ildə Azərbaycandan (15 ölkəyə) ixrac edilən 82,3 min ton almanın 93,7 %-i Rusiyanın payına düşüb.