Azərbaycan Prezidenti “Aqrolizinq” ASC-yə 18 milyon manat ayırıb

Azərbaycan Prezidenti “Aqrolizinq” ASC-yə 18 milyon manat ayırıb Sərəncam kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatına və heyvandarlığın inkişafına əlavə dəstək xarakteri daşıyır
ASK
20 Noyabr , 2014 19:17
Azərbaycan Prezidenti “Aqrolizinq” ASC-yə 18 milyon manat ayırıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına və heyvandarlığın inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, dövlət başçısı qərara alıb ki, 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasına ehtiyacını ödəmək üçün 8 milyon manat və xaricdən damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan təsərrüfatlara 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 10 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi