Azərbaycan Portuqaliyadan yerkökü və şalğam idxal etməyə başlayıb

ASK
  • 01 fevral, 2024
  • 10:03
Azərbaycan Portuqaliyadan yerkökü və şalğam idxal etməyə başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 1,3 milyon ABŞ dolları dəyərində 3 min 602 ton yerkökü və şalğam (təzə və soyudulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 966 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,8 dəfə çoxdur) 2 min 762 ton (+3,8 dəfə), Türkiyədən 286 min ABŞ dolları dəyərində (+53,5 %) 803 ton (+51 %), Rusiyadan 12,5 min ABŞ dolları dəyərində 35,75 ton (bir il əvvəl tədarük olmayıb) və Portuqaliyadan 0,1 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Portuqaliyadan tədarük həyata keçirilib.

44 filmi