Azərbaycan Polşadan mal-qara idxal etməyə başlayıb
- 10 sentyabr, 2024
- 08:38
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 4,55 milyon ABŞ dolları dəyərində 1 min 245 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 64 %, kəmiyyət olaraq – 67 % azdır.
Hesabat dövründə Azərbaycan Almaniyadan 1,33 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çoxdur) 366 ədəd (+4,3 %), Estoniyadan 1 milyon ABŞ dolları dəyərində (-8 %) 295 ədəd (-10 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 963 min ABŞ dolları dəyərində 249 ədəd (bir il əvvəl tədarük olmayıb), Avstriyadan 439 min ABŞ dolları dəyərində (-47 %) 128 ədəd (-44 %), Danimarkadan 289 min ABŞ dolları dəyərində (-73 %) 68 ədəd (-78 %) mal-qara alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Polşadan (70 min ABŞ dolları dəyərində 20 ədəd) tədarük həyata keçirilib.