Azərbaycan piy və yağ ixracını 32 %-dən çox artırıb
- 21 oktyabr, 2024
- 08:37
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 19 milyon 988,88 min ABŞ dolları dəyərində 12 min 50,35 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 31,6 %, həcmi isə 32,7 % artıb.
Sentyabrda isə ölkədən 1 milyon 403,32 min ABŞ dolları məbləğində 718,4 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 42 % və 64 % azdır.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 milyard 81 milyon 519,33 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 % azdır. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında bitki və heyvan mənşəli piylər və yağların payı 0,96 % təşkil edir.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.