Azərbaycan Perudan zəncəfil alışını 26 dəfə artırıb
- 22 dekabr, 2023
- 08:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 618 min ABŞ dolları dəyərində 280 ton zəncəfil idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 17 % azdır.
Hesabat dövründə Azərbaycan Braziliyadan 357 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 178,3 ton (+2 dəfə), Çindən 125 min ABŞ dolları dəyərində (-71 %) 45 ton (-79 %), Perudan 47 min ABŞ dolları dəyərində (+26 dəfə) 24 ton (+26,4 dəfə), Tailanddan 42 min ABŞ dolları dəyərində 21 ton (bir il əvvəl tədarük olmayıb), Hindistandan 27 min ABŞ dolları dəyərində (-56 %) 9 ton (-62 %) məhsul alıb.
2022-ci ildə Azərbaycana (13 ölkədən) idxal edilən 383,4 ton zəncəfilin 55 %-i Çinin, 34,7 %-i Braziliyanın payına düşüb.