Azərbaycan Paraqvaydan dondurulmuş mal əti tədarükünü bərpa edib

ASK
  • 07 yanvar, 2022
  • 06:00
Azərbaycan Paraqvaydan dondurulmuş mal əti tədarükünü bərpa edib

Ötən ilin ilk 10 ayında Azərbaycana xaricdən 14,49 milyon ABŞ dolları dəyərində 3 min 570,26 ton dondurulmuş mal əti gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 47,15 %, kəmiyyət olaraq – 49,1 % azalıb.

Hesabat dövründə Azərbaycan bu cür əti bütövlükdə 12 ölkədən idxal edib. Bir il 1 aylıq fasilədən sonra Paraqvaydan tədarük bərpa olunub.

2021-ci ilin yanvar-oktyabr aylarında dondurulmuş mal əti aldığımız əsas ölkələr – TOP-5:

Ölkə

Həcm, ton

İllik dinamika

Dəyər, min ABŞ dolları

İllik dinamika

Ukrayna

2 913,98

-49,7 %

12 051,13

-48,49 %

Hindistan

490,07

-9,1 %

1 420,51

-11,74 %

Braziliya

108,18

-83,1 %

638,53

-65,84 %

Rusiya

16,18

37,82 %

174,94

24,65 %

Paraqvay

27,08

-

58,23

-

Son xəbərlər

Bütün Xəbər Lenti