Azərbaycan pambıqçılıq və baramaçılığı inkişaf etdirəcək

Azərbaycan pambıqçılıq və baramaçılığı inkişaf etdirəcək Nazir: "Bu il Azərbaycanda 100 min ton həcmində pambığın toplanması proqnozlaşdırılır"
ASK
350
6 İyun , 2016 16:14
Azərbaycan pambıqçılıq və baramaçılığı inkişaf etdirəcək

Bakı. 6 iyun. REPORT.AZ/ Bu il Azərbaycanda 100 min ton həcmində pambığın toplanacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən III Donor Koordinasiya Görüşündə çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Nazir bildirib ki, bu il həm də 50 min hektar sahədə yenidən pambıq əkilməsi planlaşdırılır: "Düşünürük ki, 100-120 min hektar torpaqda pambıq əkək. Məqsəd növbəti illərdə 2,5 dəfə daha çox məhsuldarlığa nail olmaqdır. Həmçinin, 50 min hektar torpaq sahəsində yenidən pambıq əkməyi düşünürük. Təsəvvür edin ki, əgər hər hektarda minmum 2 nəfər çalışsa, bu, 100 min insanın işlə təmin olunması deməkdir".

H.Əsədov Azərbaycanda baramaçılığın da xeyli inkişaf etdiyini bildirib: "Ötən il cəmi 232 kq barama alınıb. Amma bu il 3 gün ərzində 15 ton barama Şəkidəki Barama Mərkəzinə təhvil verilib. Biz ötən il 70 min manat xərcləyərək 1 270 nəfərə pulsuz barama payladıq. Nəticədə, bu, 6 mindən çox insanın iş tapması deməkdir".

Son xəbərlər

Orphus sistemi