Azərbaycan Pakistandan mal əti idxalını bərpa edib
- 28 dekabr, 2023
- 08:10
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 24,84 milyon ABŞ dolları dəyərində 6 min 196 ton iribuynuzlu heyvan əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 74 %, kəmiyyət olaraq – 96 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynadan 14,71 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 3 min 114 ton (+2 dəfə), Belarusdan 3,5 milyon ABŞ dolları dəyərində (+10 %) 842 ton (+8 %), Hindistandan 3,9 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 1 min 446 ton (+2,7 dəfə), Braziliyadan 1,71 milyon ABŞ dolları dəyərində (+14 %) 630 ton (+2,3 dəfə), Rusiyadan 706 min ABŞ dolları dəyərində (+40 %) 114 ton (+4 dəfə) mal əti alıb.
Azərbaycan 8 il 8 aylıq fasilənin ardından Pakistandan (26 min ABŞ dolları dəyərində 9,2 ton) mal ətinin tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (21 ölkədən) idxal edilmiş 4 min 708 ton mal ətinin 49,7 %-i Ukraynanın, 19,6 %-i Hindistanın, 19,5 %-i Belarusun, 8,5 %-i Braziliyanın payına düşüb.