Azərbaycan Özbəkistandan bibər tədarük etməyə başlayıb
- 14 mart, 2024
- 13:22
Ötən il Azərbaycan xaricdən 5,36 milyon ABŞ dolları dəyərində 7 min 655 ton bibər gətirib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 8,5 %, kəmiyyət olaraq – 17 % çoxdur.
Hesabat dövründə İrandan Azərbaycana 4,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 % çoxdur) 6 min 860 ton (+17 %), Türkiyədən 524 min ABŞ dolları dəyərində (-33 %) 747 ton (-33 %), Özbəkistandan 26,38 min ABŞ dolları dəyərində 32,97 ton, Niderlanddan 11,68 min ABŞ dolları dəyərində (+4,6 dəfə) 14,6 ton (+4,1 dəfə) məhsul idxal edilib.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistandan tədarük həyata keçirilib.