Azərbaycan Özbəkistan və İrana nar ixrac etməyə başlayıb
- 27 fevral, 2024
- 07:37
Ötən il Azərbaycan 30,64 milyon ABŞ dolları dəyərində 28 min 628 ton nar ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 3 % azdır, kəmiyyət olaraq – 23 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 27,43 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % azdır) 24 min 313 ton (+23 %), Ukraynaya 1,6 milyon ABŞ dolları dəyərində (+66 %) 1 min 764 ton (-9 %), Gürcüstana 900 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 1 min 671 ton (+63 %), Belarusa 352 min ABŞ dolları dəyərində (-8 %) 369 ton (-7 %), Qazaxıstana 333 min ABŞ dolları dəyərində (+5 dəfə) 441 ton (+3,4 dəfə) məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İrana (2,1 min ABŞ dolları dəyərində 2,7 ton) və Özbəkistana (12 min ABŞ dolları dəyərində 5,4 ton) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycandan (9 ölkəyə) ixrac edilmiş 23 min 335 ton narın 85 %-i Rusiyanın payına düşüb.