Azərbaycan oktyabrda pambıq mahlıcı ixracından gəlirini 2 dəfə artırıb

ASK
  • 02 dekabr, 2023
  • 09:35
Azərbaycan oktyabrda pambıq mahlıcı ixracından gəlirini 2 dəfə artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 98,2 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.

İcmala əsasən, bu, 2022-ci ilin 10 ayı müqayisədə 53,7 milyon ABŞ dolları və ya 35,3 % azdır.

Bu ilin oktyabr ayında Azərbaycan 9,7 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib. Bu, 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 4,9 milyon ABŞ dolları və ya 2,02 dəfə çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 29,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracı isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1 % artaraq 2,7 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti