Azərbaycan Myanmadan lobya idxalını bərpa edib

ASK
  • 28 sentyabr, 2023
  • 11:53
Azərbaycan Myanmadan lobya idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 1,21 milyon ABŞ dolları dəyərində 904 ton lobya (qurudulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 16 % azdır.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 965 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % azdır) 727 ton (-18 %), Qırğızıstandan 81,3 min ABŞ dolları dəyərində (+11 %) 44,7 ton (-17 %), Myanmadan 52 min ABŞ dolları dəyərində 48 ton, Braziliyadan 49,2 min ABŞ dolları dəyərində (-8 %) 45 ton (dəyişməyib), Argentinadan 47 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 30,2 ton (+5 dəfə) məhsul alıb.

Azərbaycan 2 il 8 aylıq fasilənin ardından Myanmadan lobya tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilən 3 min ton lobyanın 91,6 %-i Özbəkistanın, 3,2 %-i Qırğızıstanın payına düşüb.