Azərbaycan Moldovadan pestisid idxal etməyə başlayıb

ASK
  • 13 fevral, 2023
  • 07:37
Azərbaycan Moldovadan pestisid idxal etməyə başlayıb

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycana xaricdən 50,188 milyon ABŞ dolları dəyərində 6 min 294 ton pestisid (bitkilərin mühafizəsi üçün kimyəvi maddələr) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11,2 % çoxdur, kəmiyyət olaraq – 5,8 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 24,387 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11,4 % çoxdur) 3 min 273 ton (-1 %), Rusiyadan 4,918 milyon ABŞ dolları dəyərində (+53 %) 557 ton (-9,7 %), Fransadan 3,966 milyon ABŞ dolları dəyərində (-5 %) 228,2 ton (-10 %), Çindən 3,826 milyon ABŞ dolları dəyərində (-0,4 %) 494,42 ton (-16,8 %), Hindistandan 2,416 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 325 ton (+29 %) maddə idxal edib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Moldovadan tədarük həyata keçirilib. Azərbaycan həmin ölkədən 78,92 min ABŞ dolları dəyərində 0,13 ton pestisid alıb.