Azərbaycan Misirdən zeytun tədarük etməyə başlayıb  

ASK
  • 30 iyul, 2024
  • 09:38
Azərbaycan Misirdən zeytun tədarük etməyə başlayıb  

Bu ilin yanvar-may aylarında Azərbaycana 1,65 milyon ABŞ dolları dəyərində 650 ton hazır və ya konservləşdirilmiş zeytun idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 27 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 776 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % çoxdur) 239 ton (-17 %), İspaniyadan 757 min ABŞ dolları dəyərində (+45 %) 354 ton (+90 %), Macarıstandan 56 min ABŞ dolları dəyərində 22 ton (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 35 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 13 ton (+6 dəfə), Yunanıstandan 23,4 min ABŞ dolları dəyərində (-61 %) 20 ton (-13 %) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Misirdən (4 min ABŞ dolları dəyərində 1,7 ton) tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycana 9 ölkədən idxal edilmiş 1 min 915 ton zeytunun 46,8 %-i Türkiyənin, 46,5 %-i İspaniyanın payına düşüb.