Azərbaycan Misirdən sarımsaq alışını kəskin artırıb
- 11 avqust, 2023
- 13:15
Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 409,36 min ABŞ dolları dəyərində 315 ton sarımsaq gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24,6 %, kəmiyyət olaraq – 25,1 % azdır.
Hesabat dövründə Azərbaycana İrandan 333 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 35 % azdır) 256,16 ton (-35 %), Misirdən 72,13 min ABŞ dolları dəyərində (+3 dəfə) 55,49 ton (+3 dəfə), Rusiyadan 3,9 min ABŞ dolları dəyərində (-31,6 %) 3 ton (-56,6 %) və Türkiyədən 0,32 min ABŞ dolları dəyərində 0,24 ton (1 il 11 aydan sonra bərpa edilib) məhsul idxal edilib.
2022-ci ildə Azərbaycana (4 ölkədən) gətirilmiş 820 ton sarımsağın 93,7 %-i İranın payına düşüb.